Millimiz yenə “Bayıl Arena”da oynayacaq
04.04.2014 - 13:38
Millimiz yenə “Bayıl Arena”da oynayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in seçmə mərhələsində keçirəcəyi növbəti oyunun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələrinin Norveçlə iyunun 1-də baş tutacağı matçın stadionu və başlama saatı dəqiqləşib.

 

Bakıdakı görüş saat 17:00-da başlayacaq. Qarşılaşma “Bayıl Arena” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, ötən il iyunun 8-də Makedoniyanı “Dalğa Arena”da qəbul edən millimiz oktyabrın 15-də Portuqaliya ilə də “Bayıl Arena”da üz-üzə gəlmişdi.