Millimizdən 2-ci məğlubiyyət
13.08.2014 - 17:50
17 yaşadək qızlardan ibarət yığmalar arasında UEFA-nın inkişaf mini-turnirində II tura start verilib. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş yarışın ikinci günündə Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb.
İlk oyunda Farer adalarına 0:1 hesabı ilə uduzan komandamız meydanı yenə xalsız tərk edib – 0:2. Hər hissədə 1 qol vuran türkiyəlilər isə ikinci qələbəsini qazanıb. Millimizin rəqibi ilk turda meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirmişdi.
Qeyd edək ki, II tura Estoniya – Farer adaları matçı ilə yekun vurulacaq.
0
0