Millimiz yenə qələbə qazandı
09.07.2014 - 11:27
Millimiz yenə qələbə qazandı

19 yaşadək qadınlardan ibarət yığmamız İspaniyanın San-Sebastyan şəhərində keçirilən “Donosti Cup” turnirində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonsalesin yetirmələri “Amara Berri” komandası ilə qarşılaşıb.

Yığmamız 4:0 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Yaisa Relea, Melis Sarıaltın və Nigar Cəlili vurub. Daha bir qolu rəqib futbolçu öz qapısından keçirib.

Qeyd edək ki, yığmamız bundan əvvəl “Atletiko Vilafranka” klubunu 3:1 hesabı ilə məğlub etmişdi.