Millimizdən darmadağın
25.08.2014 - 14:48
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Avstriyanın "Simmerinq" klubunun U-16 komandası ilə qarşılaşıb.
Komandamız rəqibini 7:0 hesabı ilə darmadağın edib. Nadir Qasımovun het-trik etdiyi oyunda Elvin İmanlı və Samir Əliyev hərəyə iki dəfə fərqlənib.
Mənbə: affa.az
0
0