Millimizə 7 qol vuran komanda Avropa çempionu oldu
09.02.2014 - 01:44
Millimizə 7 qol vuran komanda Avropa çempionu oldu



Futzal üzrə IX Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Belçikanın Antverpen şəhərində keçirilən qitə birinciliyində əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib.

6 dəfə bu turnirin qalibi olmuş İspaniya bürünc medallarla kifayətlənib. Belə ki, onlar Portuqaliyanı 8:4 hesabı ilə məğlub ediblər.

Turnirin final matçında isə millimizlə eyni qrupda yer almış İtaliya Rusiya ilə qarşılaşıb. Hər 2 yığma tarixlərində 2-ci dəfə Avropa çempionu olmaq istəsə də, bu titul appeninlilərə qismət olub.

 

Belə ki, İtaliya Rusiyanı 3:1 hesabı ilə məğlub edərək, 2003-cü ildən sonra 2-ci dəfə qitənin ən güclü komandası adına layiq görülüb.

3-cü yer uğrunda

Portuqaliya – İspaniya 4:8
Rikardinyo, 7:10; Pedru Kari, 11:40; Pedru Koşta, 25:07; Joel Keyruş, 35:29 – Fernandao, 5:46; 37:47; Xose Ruis, 6:06; Losano, 6:45; Miqelin, 16:43; Rafael Usin, 17:35; Raul Kampos, 19:13; Pola, 39:55

Final
İtaliya – Rusiya 3:1
Qabriel Lima, 6:02; Murilo, 13:50; Qyasson, 18:56 – Eder Lima, 9:33

Qeyd edək ki, millimiz bu turnirdə Sloveniyanı 7:6 məğlub etsə də, İtaliyaya 0:7 hesabı ilə uduzmaqla top fərqinə görə qrup sonuncusu olmuşdu. Növbəti Avropa çempionatı 2 il sonra Serbiyada keçiriləcək.