Hazırda ABŞ-ın San-Fransisko şəhərində hazırlıq keçən millimizin düşərgəsinə yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, Almaniyada yaşayan Cihan Özkara bu gün yığmamıza qoşulub.
3 il əvvəl “Fənərbaxça”ya qəsdən uduzduğu (3:4) üçün Avroliqadan kənarlaşdırılma ehtimalı olan “Sivasspor”un hücumçusunun düşərgəyə bir gün gec qoşulmasının səbəbi isə bəllidir. O, ABŞ vizası alarkən problemlərlə üzləşdiyi üçün komandaya vaxtında qoşula bilməyib.
Bununla da millimizin düşərgəsində Almaniyada yaşayan futbolçuların sayı 5-ə çatıb. Bunlar Özkaradan başqa, Pərdis Fərcad-Azad, Rüfət Dadaşov, Ufuk Budak və Dimitri Nəzərovdur. Ümumilikdə isə hazırda yığmada yer alan futbolçuların sayı 19-dur.
Qeyd edək ki, “Qəbələ”nin qapıçısı Kamran Ağayevlə “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə isə Amerika qitəsində mayın 23-dən etibarən olacaq.