Millimizə Gürcüstandan futbolçu çağırıldı
04.02.2014 - 14:05
Millimizə Gürcüstandan futbolçu çağırıldı

17 yaşadək qızlardan ibarət yığmamız da Türkiyəyə gedəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz fevralın 8-dən 16-a qədər Antalyada təlim-məşq toplanışında olacaq.

Hazırlıq prosesi çərçivəsində yığmamızın yoldaşlıq oyunları keçirməsi də nəzərdə tutulub. Toplanışa 19 futbolçu dəvət olunub.

Bunların 6-sı Almaniya və Gürcüstanda oynayan legionerlərdir: Günay İsmayılova (Fidan), Nərmin Rəhmanova, Roza Quliyeva, Sanay Fətullayeva, Arzu Əliyeva, Firəngiz Teymurova, Lalə Məmmədova, Ceylan Əmirəliyeva, Nərmin İsmayılova (hamısı “Səbail”), Dilgə Uyğun, Alina Mixaelis, Gizəm Tənəkəci (hər üçü “Frankfurt”, Almaniya), Vüsalə Hacıyeva (Tovuz), Aytac Mustafazadə (İmişli), Zəhra İncəoğlu (“Kikkers”, Almaniya), Gültac Məmmədəliyeva (Sumqayıt), Kristina Bakarandze (“İmereti”, Gürcüstan), Manə Mollayeva (Zaqatala), Çağla Kanpara (“Lübars”, Almaniya).

Qeyd edək ki, bundan sonra 17 yaşadək oglan futbolçularımız da Antalyaya yollanacaq. Baş məşqçi Mirbağır İsayev fevralın 15-dən 27-dək Türkiyədə seleksiya xarakterli hazırlıq keçəcək.