Millimizə Özbəkistandan futbolçu çağırıldı
10.12.2014 - 11:41
Millimizə Özbəkistandan futbolçu çağırıldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 14-dən 18-ə qədər Bakıda baş tutacaq hazırlıqlarda 22 futbolçu iştirak edəcək.

 

Baş məşqçi Təbriz Həsənov seleksiya xarakterli təlim-məşq toplanışına ölkə xaricində çıxış edən 3 oyunçu da dəvət edib. Bunlardan ikisi Rusiya, biri Özbəkistandan dəvət alıb: Əli Hüseynov, Ricat  Qarayev (hər ikisi “Əlincə”), İlham  Rəhimov, Osman Sultanov, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Maqsud Vəlişov, Elvin Pənahov        (hər ikisi “İnter”), Nemət Məmmədrəhimov, Süleyman Əhmədov    (hər ikisi “Qarabağ”), Kənan Allahverdiyev, Yusif  Qafarov (hər ikisi “Bakı”), Sənan Əsədov, Tacir Əlizadə, Sahib Cümşüdov (hamısı “Sumqayıt”), Misir Rüstəmov, Abbas Ağazadə (hər ikisi “Turan”), Əsgər Hüseynov, Ənvər Quliyev (hər ikisi AZAL), Nurlan Cəfərov *”Rəvan”), Rafael Ağayev (“Stroqina”, Moskva, Rusiya), Timur Cabbarov *“Sokol”, Saratov, Rusiya), Kamran Nəcəfəliyev (SŞİ-1, Daşkənd, Özbəkistan).

 

Mənbə: affa.az