Millimizə qol vurdu, ölkəsində rekorda imza atdı
03.09.2014 - 23:20
Millimizə qol vurdu, ölkəsində rekorda imza atdı

Milli komandamızla yoldaşlıq görüşündə forma geyinən Rusiya yığmasının futbolçusu Aleksandr Kerjakov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 85-ci dəfə meydana çıxan “Zenit”in hücumçusu dubl edərək, ölkəsində rekorda imza atıb.

 

Belə ki, 6 və 11-ci dəqiqələrdə fərqlənən forvard Rusiya futbol tarixində ən yaxşı bombardir olub. Aktivinə 28 qol yazdıran Kerjakov rəqib qapılarından 26 top keçirən Vladimir Besçastnıxı (1992-2003, 71 oyun, 26 qol) keçməyi bacarıb.

 

Qeyd edək ki, Kerjakov ilk qolunu 2002-ci ildə vurub. O, evdə İsveçlə(1:1) keçirilən yoldaşlıq görüşünün 56-cı dəqiqəsində fərqlənib.