Millimizi məğlub edən komanda darmadağın oldu
27.06.2014 - 08:35
Millimizi məğlub edən komanda darmadağın oldu

Qazaxıstan Respublikasının prezidentinə həsr olunmuş 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Astanada keçirilən beynəlxalq turnirin A qrupunda növbəti görüş keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızı ilk turda məğlub etmiş Tacikistan yığması İspaniya ilə qarşılaşıb.
 

Səlahəddin Qafurovun yetirmələri ilk turdakı sürpriz çıxışını davam etdirə bilməyib. Belə ki, görüş İspaniyanın 7:0 hesablı darmadağını ilə başa çatıb.
 

Qeyd edək ki, bu ay “Caspian Cup”da IV yeri tutmuş Tacikistan 2 gün əvvəl yığmamızı 2:1 hesabı ilə məğlub etmişdi.

0