Azərbaycan millisi tarixində 40-cı dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Moskvada Rusiya ilə keçirilən yoldaşlıq matçında 0:4 hesabı ilə yenilən yığmamız əvvəlki 206 görüşdə 39 acınacaqlı məğlubiyyət almışdı.
Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts isə bu postda 8-ci dəfə belə üzüntü yaşayıb.
Ümumilikdə, 22 illik tarixi olan milli komandamızda indiyədək 3 çalışdırıcı böyük hesabla yenilməyib. Bunlar Ələkbər Məmmədov, Nazim Süleymanov və makedoniyalı Qyoko Hacıyevskidi. Məmmədov yığmanı 4, Hacıyevski 3, Süleymanov 1 oyuna çıxardığı üçün böyük hesabla uduzmağın acısını görməyib.
Bu göstəricidə antirekord Foqtsa məxsusdu – 8 dəfə. Bu da onun həmkarlarından daha çox – 68 matçda milliyə başçılıq etməsi ilə bağlıdı. Karlos Alberto Torres İqor Ponomaryov və Əsgər Abdullayev kimi 3, Kazbek Tuayev 4, Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Əhməd Ələsgərov hərəyə 5 dəfə böyük hesabla uduzub. Mircavadovla Tuayevin hərəsinin hesabında olan bir ağır məğlubiyyət millini şərikli çalışdırdıqları qarşılaşmaya təsadüf edib.
İndiyədək 207 görüş keçirən milli komandamızın böyük hesablı məğlubiyyətlərin sayı 40-dır. Bu isə ümumi oyun sayının 19,3 faizi deməkdi.
Yığmamız 40 böyük hesablı məğlubiyyətin 34-nü ölkə kənarında, 6-nı ölkə daxilində - Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda alıb. Əslində, xaricdəki 34 məğlubiyyətin biri ev oyunu sayılır. Məsələ ondadır ki, millimiz ilk seçmə mərhələdə ev oyunlarını vətəndən kənarda, Türkiyənin Trabzon şəhərində keçirib.
40 böyük hesablı yenilginin 31-i rəsmi oyun və 9-u yoldaşlıq görüşünə təsadüf edir. Həmin 31 görüşdən 20-si Avropa, 11-i dünya çempionatının seçmə mərhələ oyunudu.
Böyük hesablı məğlubiyyətlər arasında ən populyar hesab 0:3-dür. Belə ki, milli komandamız düz 18 dəfə bu hesabla yenilib. Bu isə ümumi böyük hesablı məğlubiyyətlərin 45 faizi deməkdi. Yığmamız dörd dəfə 0:4, 1:4 və 0:5, üç dəfə 0:6, iki dəfə 1:6, bir dəfə 0:10, 0:8, 0:7, 3:6, 1:5 hesabı ilə uduzub.
Milli tarixi ərzində 26 yığmaya belə uduzub. İndiyədək Azərbaycanı ən çox böyük hesabla yenən Polşa, Rumıniya, Portuqaliya və Macarıstan yığmalarıdı – hərəyə 3 dəfə. Polşalılar bu üç görüşdə qapımızdan 16 cavabsız top keçirməklə, rəqiblərini qabaqlayır. Macarlar həmin üç böyük hesablı qələbədən ikisini Bakıda qazanıb və bu zaman qapımıza 7 dəfə yol tapıb. Rumınlar isə bizi səfərdə bir dəfə böyük hesabla yenə bilsə də, bu, Bakıda yox, Trabzonda baş verib.
Belçika, Almaniya, Avstriya, Finlandiya, Slovakiya, Malta milli komandamızı hərəyə 2, Rusiya, Fransa, İtaliya, Uels, Norveç, İsveç, Türkiyə, İsveçrə, Makedoniya, Serbiya, İspaniya, Bolqarıstan, İsrail, Ukrayna, Gürcüstan və Özbəkistan hərəyə 1 dəfə böyük hesabla məğlub edib. Fransa Azərbaycanı ən böyük hesabla məğlub edən (10:0) yığma kimi tariximizə düşüb.
Azərbaycan milli komandasının böyük hesablı məğlubiyyətləri
1. 17.09.1992. Gürcaani. Yoldaşlıq görüşü.
Gürcüstan – Azərbaycan – 6:3
Baş məşqçi: Əhməd Ələsgərov
2. 19.04.1994. Ta-Qali. Yoldaşlıq görüşü.
Malta – Azərbaycan – 5:0
Baş məşqçilər: Kazbek Tuayev və Ağasəlim Mircavadov
3. 7.09.1994. Buxarest. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Rumıniya – Azərbaycan – 3:0
Baş məşqçi: Ağasəlim Mircavadov
4. 29.03. 1995. Koşitse. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Slovakiya – Azərbaycan – 4:1
Baş məşqçi: Ağasəlim Mirca