17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Siyasət Əsgərovun olduğu yığma Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında “Antalya Muratpaşa Bələdiyyəspor”ıa görüşəcək.
Gələn il yanvarın 2-dən 12-dək baş tutacaq hazırlıqda millimiz bu komandayla 3 dəfə üz-üzə gələcək. Bu oyunlar ayın 5, 9 və 11-də baş tutacaq.
Qeyd edək ki, millimiz səfərə 21 oyunçu ilə yollanacaq. Bunlar Qrasia Maila Kurto, Dilgə Uyğun, Zəhra İncəoglu (hər üçü Frankfurt, Almaniya), Nigar Əbdülova (UGFM), Cəmilə Hüseynova, İlahə Nuriyeva, Nino Qurqenidze, Salome Qasviani (Zaqatala), Arzu Əliyeva, Ayşən Əhmədova, Firəngiz Teymurova, Ceylan Əmirəliyeva, Nərmin İsmayılova (hamısı Təhsil, Bakı), Gültac Məmmədəliyeva, Rəvanə Səfiyeva (hər ikisi Sumqayıt), Vüsalə Hacıyeva (Nuray, Tovuz), Rövşanə Sərdarlı, Aytən İbadova (hər ikisi İmişli), Çağla Miray Kanpara (Lübars, Almaniya), Mərvə Özdəmir (Ayntraxt, Almaniya) və Vüsalə Seyfətdinovadı (Şəki).