Millimizin AVRO-2016-dakı rəqibi müəyyənləşdi
27.05.2014 - 09:43
Millimizin AVRO-2016-dakı rəqibi müəyyənləşdi

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq İtaliya yığmasını növbəti 2 ildə çalışdıracaq baş məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, apenninlilər indiki çalışdırıcı Çezare Prandelli ilə yeni müqavilə imzalayıb.

Anlaşmaya əsasən mütəxəssis AVRO-2016-nın sonunadək yığmanı çalışdıracaq. Bu isə o deməkdir ki, İtaliya millisini Azərbaycanla oyunlara məhz Prandelli çıxaracaq.

H qrupunda yer alan yığmamızın apenninlilərlə bu il oktyabrın 10-da səfərdə, düz 1 il sonra isə Bakıda qarşılaşacaq.

Qeyd edək ki, 2010-cu ildən yığmaya rəhbərlik edən çalışdırıcı hazırda komandasını Braziliyadakı mundiala hazırlayır. Orada italiyalılar İngiltərə, Uruqvay və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.