Millimizin baş məşqçisi “Qəbələ” və “Neftçi”nin futbolçusunu fərqləndirdi
19.01.2015 - 11:29
Millimizin baş məşqçisi “Qəbələ” və “Neftçi”nin futbolçusunu fərqləndirdi

21 yaşadək futbolçulardan ibarət yığma komandamızın yeni baş məşqçisi Yaşar Vahabzadə Premyer Liqa klublarının və aşağı yaş qrupu üzrə millilərin Antalya toplanışını izləməkdə davam edir. Apasport.az xəbər verir ki, yeni çalışdırıcı son durumla bağlı fikirlərini bölüşüb.

 

AFFA-nın rəsmi saytına danışan Vahabzadə bəyəndiyi iki futbolçunun adını da çəkib: “Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın da oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil. “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki, öz üzərlərində bir qədər də çalışmalıdılar”.

 

Qeyd edək ki, əsas yığmamızın da məşqçilər korpusu hazırda Antalyadadı.