Millimizin ən yaxşısı müəyyənləşdi
08.01.2015 - 21:06
Millimizin ən yaxşısı müəyyənləşdi

Bu gün Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində qarşılaşan Azərbaycan – Cənubi Koreya görüşündə millimizin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində qapıçımız Tolqa Şahin təşkilatçılar tərəfindən ən yaxşı seçilib.

 

Qeyd edək ki, H qrupunda yer alan komandamız ötən gün Sankt-Peterburqa 2:4, bu bu gün isə Asiya təmsilçisinə 0:3 hesabı ilə uduzub.