Millimizin fevralda qarşılaşacağı rəqib müəyyənləşdi
21.01.2015 - 12:49
Millimizin fevralda qarşılaşacağı rəqib müəyyənləşdi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 2-dən 8-ə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız 2 yoxlama oyunu keçirəcək.

 

Komandamız hə iki görüşdə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Bu matçlar “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. 

 

Qonşu ölkə yığmaları fevralın 6-da və 8-də görüşəcək. İlk oyun saat 11:30-da, ikinci oyun 17:30-da başlayacaq.