Millimizin futbolçusu 90 dəqiqə oynadı
11.02.2014 - 09:20
Millimizin futbolçusu 90 dəqiqə oynadı

Almaniyanın 2-ci Bundesliqasına start verilib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi “Fortuna” “Münxen 1860”a qarşı oynayıb.

Yenə start heyətində yer alan futbolçumuz Münxendə 90 dəqiqə meydanda olub. Görüş isə 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Düsseldorf təmsilçisi 26 xalla 10-cu pillədə qərarlaşıb.