Millimizin futbolçusu “Kayzerslautern”in əsas komandasında
26.05.2014 - 09:23
Millimizin futbolçusu “Kayzerslautern”in əsas komandasında

Millimizin hücumçusu Rüfət Dadaşov “Kayzerslautern”in əsas komandasından təklif alıb. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər”in U-23 komandasında çıxış edən o və daha 8 futbolçu yeni mövsümün hazırlıqlarında əsas heyətlə məşq edəcək.

Qeyd edək ki, hazırda Rüfət Dadaşov milli komandamızla birgə ABŞ-dadır.