Millimizin futbolçusu “Samsunspor”da
14.08.2014 - 09:57
Azərbaycan millisinin daha bir futbolçusu karyerasını Türkiyənin 1-ci dəstəsində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, U-19-un şərəfini qoruyan Yusuf Hakimov “Samsunspor” klubuna keçməyə yaxındı.
Hazırda bu komandanın düşərgəsində olan gənc futbolçu baxışdadı. Samsunluların baş məşqçisi Erhan Altın onunla bağlı qərarını məşqlərdən sonra verəcək.
Qeyd edək ki, çeçen əsilli milliləşən legioner Türkiyəyə yollananadək “Bakı”nın futbolçusu olub.
0
0