Millimizin futbolçusu: Doğma stadionumuzda oynamaq çox xoş idi
15.02.2014 - 16:02
Millimizin futbolçusu: Doğma stadionumuzda oynamaq çox xoş idi

“Oyunun belə başa çatmasından sonra sevindiyimi deyə  bilmərəm. Hesabı açdıqdan sonra daha çox sevinirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Tuğrul  Erat deyib.

Düsseldorf “Fortuna”sında çıxış edən  milliləşən legioner Almaniyanın II Bundesliqasının XXI turunun “Union”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Öz doğma stadionumuzda oynamaq çox xoş idi. Amma təəssüf ki, doğma divarlar arasında qalih gələ bilmədik. İlk yarıda çox yaxşı oyandıq. Mən də qol vurdum. Çox istəyərdim ki, görüşdən 3 xalla ayrılaq. Növbəti turda isə mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Fortuna” – “Union” matçında ilk qolu Erat vurub.