Millimizin futbolçusu Almaniyada qol vurdu - FOTO
31.03.2014 - 15:30
Millimizin futbolçusu Almaniyada qol vurdu - FOTO

21 yaşadək futbolçulardan ibarət yığmamızın yeni futbolçusu Ümüt Sönməz Almaniya Regionalliqasında növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Memminqen” “Qroyter Fürt”ün II komandası ilə doğma azarkeşləri qarşısında oynayıb.

 

711 tamaşaçının izlədiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Sönməz 60-cı dəqiqədə komandasının 3-cü qoluna imza atıb. O, bundan 16 dəqiqə sonra Dennis Vatani ilə əvəzlənib.

 

Sönməzin komandası ardıcıl 4 turdur ki, yenilgi ilə qarşılaşmır. “Memminqen” hazırda 37 xalla X pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Ümüt Sönməz martın 5-də Tiraspolda U-21-in Moldova ilə yoldaşlıq görüşündə debüt edib. O, 1:1 hesabı ilə başa çatan görüşün start heyətində yer almışdı.

0