21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ərən Taşkın yenidən “Fortuna”nın U-23 komandasına göndərilib. Apasport.az saytının məlumatına görə, əsas komandanın hazırlıqlarında iştirak edən və bəzi yoxlama oyunlarında meydana çıxıb 2 qol da vuran Taşkın Regionalliqa matçında meydana çıxıb.
Belə ki, Düsseldorf təmsilçisinin ikinci komandası ilk dövrədə doğma meydanda 1:2 məğlub olduğu Regionalliqanın debütantı “Lippştadt 08”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Baş məşqçi Taşkın Aksoy Ərəni 85 dəqiqə oynadıb. Həmin dəqiqədə onu digər türk futbolçu Aydın əvəzləyib.
Millimizin futbolçusu ikinci komandaya göndərildi
06.02.2014 - 10:06
0
0