Millimizin futbolçusu qovuldu
21.11.2015 - 10:11
Millimizin futbolçusu qovuldu

Almaniya çempionatının II Bundesliqasında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə “Sandhauzen”lə qarşılaşıb.

 

Zədə səbəbindən yığmanın Moldova ilə yoldaşlıq oyununa gəlməyən yarımmüdafiəçi klubunda ilk dəqiqələrdən meydanda olub. Oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Nazarov 90-cı dəqiqədə ikinci dəfə xəbərdarlıqla cəzalanıb. Bunun nəticəsində qırmızı vərəqə görən Dmitri meydandan qovulub.

 

“Karlsrue” bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. 15 oyundan sonra hesabında 19 xal olan karlsruelilər 9-ci pillədə qərarlaşıb.