Millimizin futbolçusu Sankt-Peterburqda ən yaxşı seçildi
03.01.2015 - 22:17
Millimizin futbolçusu Sankt-Peterburqda ən yaxşı seçildi

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində qarşılaşan Yaponiya - Azərbaycan matçında millimizin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təşkilatçılar komandamızın heyətində Mahir Mədətovu fərqləndiriblər.

 

Asiya təmsilçisində isə ən yaxşı futbolçu adına Urata İtsuki layiq görülüb.

 

Qeyd edək ki, Yaponiyaya 0:1 hesabı ilə qalib gələn Azərbaycan millisinin yeganə qolunu 8-ci dəqiqədə Elnur Cəfərov vurub.