Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı - FOTO
21.01.2014 - 12:32
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı - FOTO

Azərbaycan yığmasının sol cinah müdafiəçisi olan Ufuk Budakın “Əskişəhərspor”dan ayrılması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Almaniya doğumlu futbolçu Superliqa klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

 

O, karyerasını bundan sonra Türkiyənin I dəstəsində davam etdirəcək. Belə ki, Ufuk “Qaziantep BB”yə keçib. Qaziantep təmsilçisi onunla 1,5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Budak “Frayburq”dan “Əskişəhərspor”a 2012-ci ilin iyununda keçib. Bu klubla 3 illik müqavilə bağlayan futbolçu əsas komandada rəsmi debütünü gerçəkləşdirə bilməyib. Ərtuğrul Sağlamın gəlişindən sonra isə Budak əvəzedici komandaya göndərilmişdi.