Millimizin futbolçusu zədələndi
29.03.2014 - 11:32
Almaniyanın II Bundesliqasında XXVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı öz meydanında “İnqolştadt”la qarşılaşıb.
Görüş yığmamızın milliləşən legioneri üçün uğursuz alınıb. Belə ki, Erat artıq 18-ci dəqiqədən zədələnib. Bu zədə onun erkən əvəzlənməsi ilə nəticələnib.
Aparıcı futbolçusunu itirən “Fortuna” 1 xal özündən 1 xal öndə olan rəqibini məğlub edə bilməyib – 0:0. Bu heç-heçədən sonra hesabında 34 xal olan düsseldorflular 18 komanda arasında 13-cüdür.

0
0