Millimizin hücumçusu 16 dəqiqə oynadı, komandasının seriyası qırıldı
27.03.2014 - 17:32
Millimizin hücumçusu 16 dəqiqə oynadı, komandasının seriyası qırıldı

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXV turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” Vorms şəhərində “Vormatiya 08”in qonağı olub.

700 azarkeşin izlədiyi görüşdə meydan sahibləri 54-cü dəqiqədə vurduqları qol hesabına minimal hesablı qələbə qazanıb. Ötən tur 83-cü dəqiqədə meydana daxil olan Dadaşov bu dəfə 74-də oyuna daxil olub. O, müdafiəçi Kaloqero Ritsutonu əvəzləyib.

Qeyd edək ki, 7 oyunluq məğlubiyyətsizlik seriyası qırılan “Kayzerslautern”in II komandası turnir cədvəlində 1 pillə geriləyib. Rüfət Dadaşovun komandası indi V pillədədir.

0