Millimizin hücumçusu 2-ci bundesliqada 3 dəqiqə oynadı
25.08.2014 - 10:41
Millimizin hücumçusu 2-ci bundesliqada 3 dəqiqə oynadı

Millimizin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Karlsrue” klubu 2-ci bundesliqada III turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, rəqib yığmamızın digər oyunçusu Tuğrul Eratın şərəfini qoruduğu “Fortuna” olub.

 

Düsseldorfda keçən qarşılaşmada “Karlsrue” yenə uduzmayıb. Belə ki, qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Nazarov meydana 87-ci dəqiqədə daxil olub. O, 66-cı dəqiqədə komandasının 2-ci qolunu vurmuş qanaəsilli mərkəz yarımmüdafiəçisi Raynhold Yabonu əvəzləyib.

 

Qeyd edək ki, “Karlsrue” turnir cədvəlində 7 xalla II sıradadır. Bu komanda yalnız top fərqinə görə lider “Leyptsiq”dən geri qalır. Qələbəsi olmayan “Fortuna” isə 2 xalla XV pillədədir.