Millimizin hücumçusu oynadı, komandası uduzdu
03.12.2014 - 22:40
Millimizin hücumçusu oynadı, komandası uduzdu

Türkiyə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” da ilk matçına çıxıb.

 

A qrupunda mübarizə aparan təmsilçimizin komandası evdə “Qaziantepspor”u qəbul edib. Görüşdə Sivas klubu uduzub – 1:2.

 

Meydana start heyətdə çıxan Özkara fasilədən sonra əvəzlənib.