Millimizin məşqçiləri daha 2 oyunu izlədilər
14.01.2015 - 12:08
Millimizin məşqçiləri daha 2 oyunu izlədilər

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məşqçiləri daha 2 oyunu canlı izləyiblər. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin köməkçilərindən Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç və Faiq Əzizov, həmçinin U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə ilə köməkçisi Babək Alxasov “İnter”  - “Energi” (Almaniya) yoxlama görüşünə baxıblar.

 

Mahmud Qurbanov, Yanko Yankoviç, Faiq Əzizov, Yaşar Vahabzadə və Babək Alxasov isə “Simurq” – “Şaxtyor” (Qazaxıstan) oyununu izləyiblər.

Mənbə: affa.az