Millimizin oyunu canlı göstərilməyəcək
03.09.2014 - 12:04
Millimizin oyunu canlı göstərilməyəcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsrail oyunu televiziya vasitəsilə canlı göstərilməyəcək. Apasport.az saytının məlumatına görə, bu gün saat 19:00-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma yalnız bu gün saat 22:00-da “İdman Azərbaycan” telekanalında nümayiş olunacaq.

 

Qeyd edək ki, buna səbəb adıçəkilən telekanalda saat 20:00-da Rusiya – Azərbaycan oyununun göstərilməsidir.

 

Mənbə: affa.az