Millimizin oyununda 8 qol vuruldu
19.01.2014 - 22:25
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, “Antalyaspor” klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesabı ilə qələbə qazanıb. Türkiyə təmsilçisinin qapısına qolları Ümit Sönməz (2 qol), İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov vurub.
0
0