“Fikrimcə, o qədər də asan olmayan qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə millimizin qapıçısı Laersio Buranello deyib.
31 yaşlı braziliyalı qapıçı millimizin seçmə mərhələdəki rəqibləri haqqında danışıb: “Ukrayna yığmasının təqdimata ehtiyacı yoxdur. Onlarla bir neçə dəfə qarşılaşmışıq. Belçikada hazırda heyətin yenilənməsi dövrü gedir. Onların heyətində yaxşı oyunçular var. Üçüncü rəqibə gəlincə, düşünürəm ki, bu, Bolqarıstan olacaq. Çünki bu yığma təsnifat mərhələsinin oyunlarını evində keçirəcək. Ancaq Yunanıstan yığmasını da hesabdan silmək olmaz”.