Millimizin qapıçısına “1” verdilər
14.02.2014 - 10:23
Topaz Premyer Liqasında daha bir futbolçunun keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, qış transfer dövründə adı “Sumqayıt”ın sifariş vərəqəsinə əlavə edilən Andrey Popoviçin transferi PFL tərəfindən qeydə alınıb.
Türkiyənin “Tavşanlı Linyitspor” klubundan transfer edilən Popoviç yarım illik fasilədən sonra yenidən Premyer Liqada çıxış edəcək. Azərbaycan millisinin qapıçısı yeni komandasında 1 nömrəli formanı geyinəcək.
Mənbə: pfl.az
0
0