Millimizin rəqibi “Antalyaspor”a 9 top vurdu
19.03.2014 - 09:40
Millimizin rəqibi “Antalyaspor”a 9 top vurdu

Sabah Soçidə 1996 təvəllüdlü qızlardan ibarət yığmalar arasında start götürəcək “Kuban baharı” turnirinin qrupdakı rəqiblərimizdən olan Rusiya millisi bu yarışa yaxşı əhval-ruhiyyədə qatılacaq. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Antalyada keçirdiyi 2 yoxlama oyunundan da qələbə ilə ayrılıb.

Əvvəlcə Rusiya U-19-u özlərindən yaşca kiçik olan rəqiblə gücünü sınayıb. Rəqib yerli “Antalyaspor”un 1999 təvəllüdlü futbolçuları olub. Görüş rusların türklər üzərində 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti görüşdə isə Rusiya Belarusu 2:0 hesabı ilə məğlub edib.

Bundan sonra Rusiyanın Soçidə iştirak edəcək yekun heyəti müəyyənləşib. Belə ki, yarımmüdafiəçilər - Alyona Jijova (Rodina-66), Kseniya Kovalenko (İzmaylovo) və Kseniya Şaxova (Çerepovets) heyətdən çıxarılıb.

Qapıçılar – Anastasiya Ananyeva (UOR), Yelizaveta Şerbakova (Rossiyanka);

Müdafiəçilər – Yekaterina Alekseyeva (Çertanovo), Anna Belomıtseva (Ryazan-VDV), Yelizaveta Yelaqina (UOR), İrina Podşibyakina (İzmaylovo), Elina Samoylova, Yekaterina Tırışkina (hər ikisi “Kubanoçka”), İrina Çunareva (Marieloçka), Darya Şkvara (Rossiyanka);

Yarımmüdafiəçilər – Anastasiya Beryozina (Çertanovo), Anastasiya Konyuxova (Rossiyanka), Marina Lıçkovkskaya (Kuzbass), Natalya Solodkaya (Kubanoçka), Yana Xotıreva (Tsaritsıno);

Hücumçular – Alyona Andreyeva (İzmaylovo), Kseniya Aniskina (Kubanoçka), Elmira Piskunova, Marqarita Çernomırdina (Çertanovo), Nadejda Smirnova (Rossiyanka).

Qeyd edək ki, “Kuban baharı” turnirində B qrupunda yer alan millimizin digər rəqibləri isə İsrail və Rumıniya yığmalarıdır. Komandamız meydan sahibləri ilə martın 22-də saat 18:00-da görüşəcək.

0