Millimizin rəqibi Bakıya 20 futbolçu ilə gəlir
11.02.2015 - 22:07
Millimizin rəqibi Bakıya 20 futbolçu ilə gəlir

Azərbaycan yığması ilə (U-17) fevralın 14-dən 21-dək Bakıda təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızla 2 dəfə qarşılaşacaq Şimal qonularımız ölkəmizə 20 futbolçu ilə gələcək.

 

Mixail Qalaktionovun Bakıda güvənəcəyi oyunçular bunlardı:

 

 Qapıçılar: Denis Adamov ("Krasnodar"), Aleksandr Maksimenko ("Spartak")

 

Müdafiəçilər: Kiril Qoqolev ("Rubin"), Nikita Kaluqin ("Dinamo"), Konstantin Kontov, Andrey Kudryavtsev (hər ikisi “Zenit”), Aleksandr Lomoviski ("Spartak"), Aleksey Tataev ("Krasnodar")

 

Yarımmüdafiəçilər: Anton Artyomov ("Kayzerslautern" Almaniya), İvan Qalanin, Mixail Lısov, Georqi Maxatadze (hamısı "Lokomotiv"), Dmitri Pletnyov ("Zenit"), Anton Terexov ("Dinamo"), Boris Siqankov ("Spartak")

 

Hücumçular: Vadim Bakatin (FŞM), Vladislav Braqin ("Krasnodar"), Artyom Qaladyan ("Lokomotiv"), David Kazaryan ("Hoffenhaym" Almaniya), Yeqor Denisov ("Zenit")



Qeyd edək ki, millimizin ruslarla ilk oyunu fevralın 18-də, ikinci qarşılaşması isə iki gün sonra – fevralın 20-də keçiriləcək.