Millimizin rəqibi bombardirini itirdi
19.02.2014 - 10:35
Millimizin rəqibi bombardirini itirdi

Martın 5-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Filippin yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi təcrübəli futbolçusu Ceffi Kaliqdonqun xidmətindən məhrum olub.

 

Tam adı Emelio Asada Kaliqdonq olan 32 yaşlı sol cinah yarımmüdafiəçisi Filippin çempionatının matçı zamanı ayağından ciddi xəsarət alıb. “Qrin Arxers Yunyted”in üzvü “Eyr Fors”la matçda aldığı zədə üzündən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun martın 1-də Malayziya, 4 gün sonra Azərbaycanla matçları buraxması deməkdir.

 

Qeyd edək ki, 2006-cı ildən ölkəsinin əsas yığmasında çıxış edən kaliqdonq bombardirlik keyfiyyətləri ilə də seçilir. Yarımmüdafiəçi millidə indiyədək 16 qol vurub.