Millimizin rəqibi darmadağın oldu
23.02.2015 - 09:43
Millimizin rəqibi darmadağın oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstanın “Atırau” klubu Türkiyədə növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz Rusiyanın “Rostov” klubu ilə görüşüb.

 

Qazaxıstan təmsilçisi bu görüşdə darmadağına üzülüb. Belə ki, şimallılar rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, yığmamız “Atırau” ilə fevralın 25-də qarşılaşacaq.