Millimizin rəqibi heç-heçə etdi
28.08.2014 - 17:08
Yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Norveç millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar BƏƏ ilə gücünü sınayıb.
Görüşdə hesabı açmaq mümkün olmayıb. Belə ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Norveç millisi sentyabrın 3-də İngiltərə ilə yoldaşlıq, həmin ayın 9-da isə İtaliya ilə seçmə mərhələnin oyununu keçirəcək.
0
0