Millimizin rəqibi heyəti açıqladı
12.01.2016 - 12:04
Millimizin rəqibi heyəti açıqladı

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasının rəqibi olan Çexiya yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Serbiyada keçiriləcək yarışda millimizlə eyni qrupda yer alan çexiyalıların ilkin heyətində 2 qapıçı və 14 sahə oyunçusu yer alıb.

 

Baş məşqçi Tomaş Hoyman əlcək sahibləri Libor Gerçak (“Neyzbax Visoke Mito”) və Ondrey Vahalanı (“Slaviya”) heyətə daxil edib. Qapıçılardan başqa, Antonin Hrdina, İrji Novotnı (hər ikisi “Slaviya”), David Cupak (“Helas”), Yan Yanovski (“Rekord”, Polşa), Lukaş Reşetar, Mihal Kovaç, Mihal Mareş, Radim Zaruba, Roman Mareş (hamısı “Era-Pak Xrudim”), Mihal Holi (“Red Devilz”, Polşa), Mihal Seydler (“Raba ETO”, Macarıstan), Viteslav Hrubi (“Radio Krokodil”) də final mərhələsində oynamağa namizəddi.

 

Qeyd edək ki, final mərhələsi fevralın 2-13-də keçiriləcək.