Millimizin rəqibi kimi gözləyir?
26.08.2014 - 17:22
Millimizin rəqibi kimi gözləyir?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki son rəqibi Portuqaliya yığmasının heyətini açıqlayacağı vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, pireneylilərin baş məşqçisi Rui Jorje heyəti avqustun 29-da açıqlayacaq.

 

Buna səbəb çalışdırıcı əsas komandanın baş məşqçisi Paulu Bentunun seçimini gözləməsidir. Jorje həmkarının bəzi gənc futbolçuları əsas komandaya çağırıb-çağırmaması dəqiqləşdikdən bu addımı atacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin 6 oyununda qazandığı 6 qələbə ilə öz qrupuna liderik edən Portuqaliya millisi sentyabrın 4-də səfərdə Norveç, 9-da öz meydanında Azərbaycanla qarşılaşacaq.