AVRO- 2016-nın qrup mərhələsində milli komandamızla eyni qrupda yer alan İtaliya yığmasının heyətində itki baş verib. Apasport.az saytının məlumatına görə, rəqibimizin aparıcı müdafiəçisi Corco Kellini komandanın düşərgəsini tərk edib.
“Yuventus”un futbolçusu bir neçə gün bundan əvvəl “skuadra adzurra”nın Hollandiya ilə keçirdiyi yoldaşlıq matçını (2:0) zədə səbəbindən buraxmışdı. Artıq Turinə qayıdan Kellini zədəsini bərpa etməyə başlayıb.
İtaliyanın digər futbolçusu Stefan El-Şaaravinin zədəsi isə sağalıb. “Milan”ın forvardı AVRO- 2016-nın qrupda Norveçlə keçiriləcək ilk görüşündə forma geyinəcək.