[b]AFFA Antalyada rəqib tapdı - "Şaxtyor"! [/b]
12.02.2015 - 15:11
[b]AFFA Antalyada rəqib tapdı - "Şaxtyor"! [/b]

Azərbaycan millisinin yoxlama oyunundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçkinin debüt oyunundakı rəqibimiz Ukraynanın “Şaxtyor” klubu olacaq.

 

Yığmamız Donetsk təmsilçisi ilə fevralın 24-də qarşılaşacaq. Bu oyun Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, millimiz fevralın 20-26-da qonşu ölkədə hazırlıq keçəcək.