Millimizin rəqibi rumınlarla heç-heçə etdi
08.02.2015 - 18:30
AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Bolqarıstan yığması Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, İvaylo Petevin yetirmələri toplanış çərçivəsində Rumıniya ilə yoxlama görüşü keçirib.
Oyunda qalib müəyyənləşməyib. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Bolqarıstan millisi seçmə mərhələdə növbəti oyununu martın 28-də İtaliyaya qarş keçirəcək.
0
0