Millimizin rəqibi səpələnmişlər sırasında
11.09.2014 - 08:00
Millimizin rəqibi səpələnmişlər sırasında

21 yaşadək futbolçular arasında Avropa çempionatının pley-off mərhələsinin iştirakçıları səbətlərə bölünüb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək püşkatma öncəsi final mərhələsinin 14 iddiaçısı son illərdəki nəticələrə əsasən hesablanan reytinqə əsasən iki qrupa bölünüb.

 

8-ci qrupda Azərbaycan yığmasına iki dəfə qalib gələn Portuqaliya nəhənglərin yer aldığı səpələnmişlər sırasında qərarlaşıb. Bu isə onların Çexiyadakı final mərhələsi yolunda son rəqibinin nisbətən asan olacağı deməkdir.

 

Səpələnmişlər: İspaniya, İtaliya, İngiltərə, Fransa, Almaniya, Portuqaliya, Danimarka

Səpələnməmişlər: İsveç, Slovakiya, Xorvatiya, Ukrayna, Hollandiya, İslandiya, Serbiya

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları oktyabrın 8-də, cavab matçları 14-də keçiriləcək.