AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Bolqarıstan yığmasının baş məşqçisi Lüboslav Penevin komandasına nə qədər bağlı olduğu bəlli olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin vaxtilə futbolçu kimi şərəfini qoruduğu İspaniya “Valensiya”sını çalışdırmaq təklifindən imtina etdiyi üzə çıxıb.
Belə ki, bir neçə ay əvvəl baş məşqçisiz qalan ispaniyalılar məhz millimizin rəqibinin çalışdırıcısını baş məşqçi postunda görmək istəyirmiş. Lakin Penev millidə qalmağı, seçmə mərhələdə komandasına rəhbərlik etməyi üstün tutub.
Bolqar çalışdırıcının Miroslav Cukiçi əvəzləməkdən boyun qaçırmasından sonra “Valensiya” başqa variant axtarmalı olub. İspan klubu həmin vaxt Xuan Antonio Pitsiyə müraciət edib.