Millimizin rəqibinin baş məşqçisi gedir
08.02.2015 - 20:02
Millimizin rəqibinin baş məşqçisi gedir

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, artıq “Skuadra Adzurra”nın çalışdırıcısı Antonio Konte istefa vermək üçün ölkəsinin futbol federasiyasının prezidentinə müraciət də edib.

 

45 yaşlı mütəxəssisin ayrılmasına səbəb klublarla federasiya arasındakı fikir ayrılığıdı. Belə ki, “Yuventus” və “Roma” millinin fevralda keçiriləcək təlim-məşq toplanışına futbolçularını buraxmayacağını açıqlayıb. Buna görə də Konte klubların bu hərəkəninə narazı qalıb.

 

O, sabah İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu ilə görüşəcək. Görüşdə hər iki tərəf bu məsələni həll edəcək. Əgər Antonio Konte federasiya rəhbəri ilə razılaşmasa, yığmadan gedəcəyi gözlənilir.