Millimizin rəqibləri bəlli oldu
05.01.2015 - 22:04
Millimizin rəqibləri bəlli oldu

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizə apardığı F qrupunda birinci yeri tutan futbolçularımız növbəti oyunlarını D və E qrupunun qalibləri - müvafiq olaraq, Sankt-Peterburq komandası və Cənubi Koreya yığmasına qarşı keçirəcək.

 

İkinci qrup mərhələsinin H qrupunun Sankt-Peterburq - Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan - Cənubi Koreya qarşılaşması isə ertəsi gün – yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq. Hər iki oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.