21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hələlik meydan sahibinin adına aydınlıq gəlməyən AVRO-2017-nin ilk püşkü 2015-ci il fevralın 5-də atılacaq.
Tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək. Burada qitənin 53 komandasının seçmə mərhələdəki rəqiblərinə aydınlıq gələcək. Yalnız final mərhələsinin ev sahibi seçmə oyunlarda iştirak etməyəcək.
Baş məşqçi axtarışında olan Azərbaycan millisinin də rəqibləri Nyonda bilinəcək. Hazırda 10 mütəxəssisin namizəd olduğu yığmamız yeni seçmə mərhələyə 2015-ci ilin payızında start verəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı