Millimizin sabiq futbolçusu “Gimaraynş”ı gözləyir
25.08.2014 - 13:23
Millimizin sabiq futbolçusu “Gimaraynş”ı gözləyir

Azərbaycan millisinin sabiq futbolçu Amit Quluzadə Portuqaliya çempionatında debütü təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Lissabonun “Atletiko” klubuna keçən gənc yarımmüdafiəçi II liqanın III turunda meydana çıxmayıb.

 

“Tondela” ilə görüşdə Quluzadənin adı “18-liy”ə daxil edilməyib. Bu matç isə 1:1 hesabı ilə nəticələnib.

 

Bərabərlikdən sonra 3 oyuna 2 xal toplayan “Atletiko” 24 komanda arasında 18-ci pillədə qərarlaşıb. Həmyerlimiz debüt üçün avqustun 27-ni gözləməlidir. Həmin gün paytaxt təmsilçisi öz meydanında “Gimaraynş” klubunun B komandasını qəbul edəcək.